03 Noyabr 2022, 20:40
Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında Brüsseldəki görüş barədə məlumat yayıb
Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında Brüsseldəki görüş barədə məlumat yayıb şəkil
Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında Brüsseldəki görüş barədə məlumat yayıb

XİN Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə komissiyaların Brüsseldəki görüşü barədə məlumat yayıb

3 noyabr 2022-ci il tarixində Brüssel şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.

"Operativ Media"ya verilən məlumata görə, iclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Azərbaycan Respublikası və Ermənistan Respublikası nümayəndə heyətlərini salamlayıb, Komissiyaların işinə uğurlar arzulayıb, Avropa İttifaqının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiq edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan salamlama çıxışlarında Avropa İttifaqı Şurasına görüşün yaxşı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Tərəflər, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.

Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Son xəbərlər
Prezidentin Sərəncamı 2 469 şəxsə şamil olunacaq
Paytaxtda daha bir küçədə xüsusi hərəkət zolağı təşkil olunub
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub