04 Noyabr 2022, 12:29
NATO: Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq

NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır
"Operativ Media" xəbər verir ki, bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Twitter"də yazıb.
“Yaxşı xəbər odur ki, tərəfdaşlarımız yerlərdə təhlükəsizlik səviyyəsini artırmaq üçün zəruri olan sərhədlərin delimitasiyası məsələsini müzakirə edirlər. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdardır və Aİ-nin bu istiqamətdə səylərini, o cümlədən bu görüşün keçirilməsini alqışlayır”, - Kolomina üçüncü görüşdə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sanninonun postunu paylaşaraq yazıb.