Menyu

Türkiyənin İzmir şəhərində zəlzələ zamanı xəsarət alan bir nəfər ölüb

Nərmin Qocamanlı
Türkiyənin İzmir şəhərində zəlzələ zamanı xəsarət alan bir nəfər ölüb

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 18 yaşlı gənc ölüb.

"Operativ Media" xəbər verir ki, zəlzələ baş verən zaman İzmirin Buca rayonunda yerləşən evlərinin eyvanından özünü atan bu şəxs dərhal xəstəxanaya yerləşdirilib. Edilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeraltı təkanlarla bağlı verdiyi məlumatda hadisə zamanı 64 nəfərin panikaya düşərək psixoloji zərbə aldığını deyib. Zəlzələ nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan biri də dünyasını dəyişib. Digər xəsarət alanların müalicəsi davam edir.

Xatırladaq ki, noyabrın 4-də Türkiyənin İzmir vilayətində yerli vaxtla saat 3:29-da 4.9 bal gücündə zəlzələ olub. Təbiət hadisəsi nəticəsində iyirmiyədək binada çatlar əmələ gəlib. Araşdırmalar davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər