30 Sentyabr 2022, 21:06
Paşinyan: "Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır"
Paşinyan: "Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır" şəkil
Paşinyan: "Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır"

Azərbaycan Respublikası Prokurorluğunun altı əməkdaşına ali xüsusi rütbələr verilib. 

"Operativ media" xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş prokurorun birinci müavini Elçin Məmmədova, Baş prokurorun müavini Elmar Camalova, Baş prokurorun müavini Heydər Məmmədova, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova II dərəcəli dövlət ədliyyə müşaviri, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzova, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, 1 oktyabr - Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair sərəncam imzalayıb.

Son xəbərlər
Bu gün Torpaq çərşənbəsidir
Ağ Ev: Tramp Moskvaya sanksiya təzyiqi tətbiq etməyə hazırdır
Pentaqon Ukraynaya hərbi yardımın bərpa edilməsini təsdiqləyib
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq
ABŞ ordusu Yəməndə husilərə zərbə endirib
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub