05 Noyabr 2022, 12:34
İran XİN: İran Ukraynadakı müharibədən aylar əvvəl Rusiyaya PUA verib
İran XİN: İran Ukraynadakı müharibədən aylar əvvəl Rusiyaya PUA verib şəkil
İran XİN: İran Ukraynadakı müharibədən aylar əvvəl Rusiyaya PUA verib

Ukraynadakı müharibədən aylar əvvəl Rusiyaya məhdud sayda PUA verdik.

"Operativ Media" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O bildirib ki, bəzi Qərb ölkələrinin İranın Ukrayna müharibəsində Rusiyaya raketlər verməsi ilə bağlı iddiası tamamilə yalandır.

“Pilotsuz təyyarələrə gəlincə, biz onları Ukraynadakı müharibədən aylar əvvəl öncə Rusiyaya vermişdik. Biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, Rusiyanın Ukraynaya qarşı bu pilotsuz təyyarələrdən istifadə etdiyinə dair hər hansı sənəd varsa, onu bizə təqdim etsin. İki həftə əvvəl bir Avropa ölkəsində belə bir görüşümüz oldu. Müdafiə və siyasi nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi. Təəssüf ki, son dəqiqədə Ukrayna nümayəndə heyəti görüşdə iştirak etmədi”, - nazir əlavə edib.

Son xəbərlər
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb