Menyu

Pişikdən insana quş qripi keçə bilərmi?

Redaksiya
Pişikdən insana quş qripi keçə bilərmi?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) quş qripi (H5N1) virusunun pişiklərdən insanlara keçmə riskini qiymətləndirib.

"Operativ Media" "Ria Novosti"yə istinadən xəbər verir ki, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Polşada heyvan infeksiyası ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, qruş qripinin pişiklərdən insanlara keçmə riski azdır.

Bundan əvvəl Polşa hakimiyyəti pişiklərin H5N1 virusuna yoluxması ilə bağlı 30-a yaxın hadisə barədə məlumat vermişdi. Xəstəliyin mənbəyi hələ də məlum deyil.

Qebreyesus qeyd edib ki, pişiklərdə H5N1 virusuna yoluxma halları əvvəllər də qeydə alınıb, lakin Polşada ilk dəfə olaraq geniş ərazidə çoxlu sayda xəstə heyvan müşahidə edilib.

Təşkilat rəhbərinin sözlərinə görə, H5N1 virusunun insandan insana asanlıqla keçdiyi sübut olunmasa da, insanlar üçün çox təhlükəli olduğu məlum olduğu üçün xüsusi narahatlıq doğurur.

Teqlər:

"Pişikdən insana quş qripi keçə bilərmi?"

Əlaqəli Xəbərlər