06 Noyabr 2022, 12:20
İndiyədək 6,6 milyon insan COVID-19-dan ölüb
İndiyədək 6,6 milyon insan COVID-19-dan ölüb şəkil
İndiyədək 6,6 milyon insan COVID-19-dan ölüb

Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 632,43 milyona çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, virusun yayılmasının başlanğıcından indiyədək 6,6 milyon insan COVID-19 infeksiyasının nəticələrindən dünyasını dəyişib.

Virusa 30 milyondan çox yoluxmanın olduğu ölkələr ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadır.

“Worldometer” portalının məlumatına görə, bazar günü səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 847,4 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3 276, Hindistanda 376, Fransada 2 397, Braziliyada 3 186, Almaniyada 1 831 nəfər ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB