23 İyul 2023, 11:28
İlham Əliyev İnqilab Günü münasibətilə Misir Prezidentini təbrik edib
İlham Əliyev İnqilab Günü münasibətilə Misir Prezidentini təbrik edib şəkil
İlham Əliyev İnqilab Günü münasibətilə Misir Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib.

"Operativ Media" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xalqlarımızı ənənəvi dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Son xəbərlər
Azərbaycan XİN Litvanı təbrik edib
Dəməşq hava limanı bərpa edilir
Güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək