23 İyul 2023, 18:55
Almaniyanın müdafiə nazirinin İraq səfəri təhlükəsizliklə əlaqədar ləğv edilib

Almaniyanın müdafiə naziri Boris Pistoriusun sabah İraqa edəcəyi səfər təhlükəsizliklə əlaqədar olaraq ləğv edilib.
"Operativ Media" xəbər verir ki, Almaniya mətbuatının Müdafiə Nazirliyinə istinad etdiyi xəbərlərə görə, Bağdaddakı İsveç səfirliyinə qarşı zorakılıqdan sonra nazirin müdafiəsinə cavabdeh olan Federal Kriminal Polis İdarəsi səfərin təxirə salınmasını tövsiyə edib və nazirlik buna əməl edib.
Bağdaddakı etirazlara və vəziyyətin daha da pisləşməsinə göz yuma bilməyəcəyi, Almaniyanın Bağdaddakı missiyasının təxirə salınması qərarının şəxsi heyəti qorumaq üçün alındığı paylaşılıb.