24 İyul 2023, 10:04
Rusiya Kerç boğazından keçən gəmilərdə yoxlama aparır
Rusiya Kerç boğazından keçən gəmilərdə yoxlama aparır şəkil
Rusiya Kerç boğazından keçən gəmilərdə yoxlama aparır

Terror və təxribat hərəkətlərinin qarşısının alınması məqsədilə Kerç boğazından keçən gəmilərə baxış keçirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, iyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov-na-Don limanına gedən xarici quru yük gəmisinin anbarında partlayıcı maddələrin izləri, həmçinin quru yük gəmisinin konstruksiya hissələrinə üçüncü tərəfin müdaxiləsi əlamətləri aşkar edilib.

Müəyyən edilib ki, may ayında gəmi Ukraynanın Kiliya limanında olub, iyulda isə 12 Ukrayna vətəndaşından ibarət ekipaj Türkiyənin Tuzla limanında tamamilə dəyişib.

"Bu hallar partlayıcı maddələrin Ukraynaya çatdırılması üçün xarici mülki gəmidən istifadənin mümkünlüyünü göstərə bilər".

Son xəbərlər
Güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər