Podolyak: Rusiya "enerji soyqırımı" həyata keçirməyə çalışır
Rusiya Ukrayna infrastrukturuna kütləvi zərbələr endirməklə “enerji soyqırımı”nı həyata keçirməyə çalışır.
"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
"Gəlin açıq deyək, Rusiya "enerji soyqırımı" həyata keçirməyə çalışır, lakin Kiyev və Ukrayna dik dayanacaq. Tədbir planı sadədir: hava hücumundan müdafiə sistemləri, infrastruktur obyektlərinin mühafizəsi, istehlakın optimallaşdırılması... Dövlət bu çağırışların öhdəsindən səmərəli şəkildə gəlir",- o bildirib.
Podolyakın sözlərinə görə, Kiyev tərəfdaşları ilə birlikdə həllər üzərində işləyir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net