
Ekvadorun Manta şəhərinin meri Aqustin İntriaqo silahlı hücumun qurbanı olub.
"Operativ Media" xəbər verir ki, bunu Ekvador prezidenti Gilermo Lasso "Twitter" hesabında bildirib.
“Ölkə üçün kədərli xəbər. Hücum nəticəsində Manta şəhərinin meri Aqustin İntriaqo ölüb. Merin yaxınlarına başsağlığı veririk”, - Ekvador lideri yazıb.
İkinci qurbanın kimliyi Ekvador prezidenti tərəfindən rəsmi olaraq açıqlanmayıb. O, hüquq-mühafizə orqanlarını qətli törədən şəxslərin tutulması üçün bütün mümkün tədbirləri görməyə çağırıb.
Ölkənin daxili işlər nazirliyi hücumda ikisi də daxil olmaqla dörd nəfərin yaralandığını bildirib. İdarə cinayətkarlardan birinin Venesuela vətəndaşı olduğunu da iddia edir.
Ekvadorun “El Universo” nəşrinin məlumatına görə, cinayətkarlar maşınla siyasətçinin yanına gediblər, daha sonra silahlı şəxs çıxıb və yaxınlıqda dayanan meri və qızı güllələyib. İntriaqo güllə yarası ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.