Menyu

Mövlam Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib

Gozel Həşimova
Mövlam Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib

Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərara alıram:

1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin.

2. Aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum edilsinlər:

2.1. Sahib Yunus oğlu Ələkbərov;

2.2. Yasin Seyfulla oğlu Məmmədov.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Teqlər:

"Mövlam Şixəliyev Sahib Ələkbərov Yasin Məmmədovun ali hərbi rütbədən dövlət təltiflərindən məhrum edilib"

Əlaqəli Xəbərlər