Menyu

"COVİD-19 başlayanda biz peyvəndlərlə bağlı bizə köməklik edən yeganə ölkə Çin oldu"

Redaksiya
"COVİD-19 başlayanda biz peyvəndlərlə bağlı bizə köməklik edən yeganə ölkə Çin oldu"

"COVID-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik və bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

"Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?!"-deyə ölkə başçısı qeyd edib

 

Teqlər:

"\"COVİD-19 başlayanda biz peyvəndlərlə bağlı bizə köməklik edən yeganə ölkə Çin oldu\""

Əlaqəli Xəbərlər