http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

"Ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq"

24 İyul 2023 , 15:40
"Ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq"

"Öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

"44 günlük Vətən müharibəsi zamanı mən çox sayda müsahibələr verdim. Bu, əsasən, Qərb jurnalistlərinə verilən müsahibələr idi. Onların əksəriyyəti, deyərdim ki, çox aqressiv idi və çalışırdılar Azərbaycanı təcavüzkar kimi təsvir etsinlər. Bilirsiniz, öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq. Əlbəttə, əmin idim ki, videoreportaj hazırlamaq məqsədilə Azərbaycana gəlmiş və mənimlə görüşmək istəyən Qərb jurnalistləri yaxşıca hazırlaşmışlar. Münaqişənin tarixi, kimin təcavüzkar, kimin isə təcavüz qurbanı olması, nəyin baş verdiyi barədə onların bilməməsini təsəvvür etmək sadəlövhlük olardı. Lakin, eyni zamanda, onlar nəinki görüşümüz zamanı vəziyyəti təqdim etməyə çalışırdılar, - çünki Azərbaycanda olarkən çoxlu reportajlar hazırlamışdılar, - onlar çalışırdılar ki, Azərbaycanı təcavüzkar kimi qələmə versinlər. Əlbəttə, bu, tamamilə qəbuledilməz idi. Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi və biz həmin reallıqda 30 il idi ki, yaşayırdıq. Bu, həqiqətdir", - Prezident qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Türkiyə Prezidenti ABŞ-yə səfər edib

Türkiyə Prezidenti ABŞ-yə səfər edib

Putin Paşinyanı təbrik edib

Putin Paşinyanı təbrik edib

Azərbaycan XİN Maltanı təbrik edib

Azərbaycan XİN Maltanı təbrik edib

XƏBƏR LENTİ
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
  • 16:15

    Putin Paşinyanı təbrik edib
  • 15:40

    Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
  • 15:05

    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
Menyu