Menyu

Paşinyan Rusiya-Türkiyə münasibətlərindən danışıb

Redaksiya
Paşinyan Rusiya-Türkiyə münasibətlərindən danışıb

"Rusiya və Türkiyə müəyyən fikir ayrılıqlarına baxmayaraq, çox fəal əməkdaşlıq edirlər. Bütün ölkələrin münasibətlərində ziddiyyətlər var, problem onların nə dərəcədə qarşıdurma məntiqinə çevrilməsindədir”.

"Operativ Media" xəbər verri ki, bunu Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistan-Türkiyə münasibətlərindəki mövcud gərginliklə bağlı müşahidələrə istinad edərək bildirib.

“Ümumiyyətlə, konseptual və strateji baxımdan dövlətimizin bütün mövcudluğu boyu biz qarşıdurma məntiqində olmuşuq və hərəkət etmişik ki, bu, istər təhlükəsizlik, istər inkişaf, istərsə də beynəlxalq təsir baxımından bütün aspektlərdə bizim ən böyük problemimizdir. Həmin məntiqə görə, biz uzunmüddətli inkişafımızı, təhlükəsizliyimizi təmin edə bilməmişik və edə bilməyəcəyik”, - deyə o əlavə edib.

Teqlər:

"Paşinyan Rusiya-Türkiyə münasibətlərindən danışıb"

Əlaqəli Xəbərlər