26 İyul 2023, 17:48
Dilin olmaması zamanı müddətsiz əlillik təyin ediləcək
Dilin olmaması zamanı müddətsiz əlillik təyin ediləcək şəkil
Dilin olmaması zamanı müddətsiz əlillik təyin ediləcək

Dilin olmaması orqanizmin funksiyalarının 65 % pozulması sayılacaq və buna görə müddətsiz əlillik təyin ediləcək.

"Operativ Media" xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilən yeni yarımbəndlərdə əksini tapıb.

Qərara əsasən, əlilliklə əlaqədar yeni ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəliklərinin adları məlum olub, bunlar aşağıdakılardır:

-16 yaşınadək şəxslərdə cərrahi əməliyyatdan sonra uzun- müddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar 2 il müddətində orqanizmin funksiyalarının 40 faizinin pozulması kimi qiymətləndiriləcək;

-ileostoma və olması 1 il müddətində orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək;

-bərpası mümkün olmayan (imkansız) ileostoma və ya kolostomanın olmasımüddətsiz olaraq orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək;

-anal sfinkterin dərəcə 2 il müddətində orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək;

- fistulun mövcudluğu 1 il müddətində orqanizmin funksiyalarının 50 faizinin pozulması kimi qiymətləndiriləcək;

- bərpası mümkün olmayan və ya cərrahi müalicəsinə tibbi əks-göstəriş olan fistulun mövcudluğu müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faizinin pozulması kimi qiymətləndiriləcək.

Son xəbərlər
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar
XİN: İƏT çərçivəsində Qərbi Azərbaycan İcması ilə bağlı ilk qətnamə qəbul olunub