http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Prezidentinin xüsusi nümayəndəsi: "Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”

26 İyul 2023 , 19:58
Prezidentinin xüsusi nümayəndəsi: "Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”

"Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”.

"Operativ Media" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O xatırladıb ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya və propaqanda məqsədilə təxribata cəhd göstərilir.

E.Hüseynov qeyd edib: “Müxtəlif səviyyələrdə Azərbaycan Respublikası tərəfindən bəyan edilib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil. Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XƏBƏR LENTİ
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Menyu