07 Noyabr 2022, 16:08
Çempionlar liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib
Çempionlar liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib şəkil
Çempionlar liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda 8 cüt təşkil edib.

Öz qrupunda qalib olanlar 1/8 finalda ikinci pillə sahiblərini sınağa çəkəcək. İlk oyunlar sonuncuların meydanında baş tutacaq.

Ötən mövsümün finalçıları “Real”la “Liverpul” bu dəfə 1/8 finalda qarşılaşacaq. “Bavariya” isə PSJ ilə qarşılaşacaq.

Eyni ölkə təmsilçiləri və bir qrupdan çıxan komandaların qarşılaşa bilmədiyi mərhələnin matçları 2023-cü ildə təşkil olunacaq. İlk oyunlar fevralın 14-15-də və 21-22-də, cavab görüşləri martın 7-8-də və 14-15-də keçiriləcək.

 

Çempionlar Liqası

1/8 final

“Leypsiq” (Almaniya) - “Mançester Siti” (İngiltərə)

“Brügge” (Belçika) - “Benfika” (Portuqaliya)

“Liverpul” (İngiltərə) – “Real” (İspaniya)

“Milan” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Ayntraxt” (Almaniya) - “Napoli” (İtaliya)

“Borussiya” (D, Almaniya) - “Çelsi” (İngiltərə)

“İnter” (İtaliya) - “Porto” (Portuqaliya)

PSJ (Fransa) - “Bavariya” (Almaniya)

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” turnirlə pley-offda vidalaşaraq Avropa Liqasına düşüb. Ağdam klubu mübarizəni Konfrans Liqasında davam etdirir.

Son xəbərlər
Türkiyənin Azərbaycandakı səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək