27 İyul 2023, 15:19
Türkiyə Ukrayna limanlarında qalan gəmilərin təxliyəsi ilə bağlı danışıqlar aparır
Türkiyə Ukrayna limanlarında qalan gəmilərin təxliyəsi ilə bağlı danışıqlar aparır şəkil
Türkiyə Ukrayna limanlarında qalan gəmilərin təxliyəsi ilə bağlı danışıqlar aparır

Türkiyə Ukrayna limanlarında ilişib qalan türk gəmilərinin təxliyyəsi ilə bağlı Rusiya və Ukrayna ilə danışıqları davam etdirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ankara sövdələşmənin dördtərəfli formatda bərpa olunmasının tərəfdarıdır.

"Biz Ukrayna və Rusiya Federasiyası ilə Türkiyə bayrağı daşıyan gəmilərin təhlükəsiz şəkildə təxliyəsi ilə bağlı danışıqlar aparırıq", - məlumatda deyilir.

Əlavə edək ki, “Taxıl müqaviləsi”nin koordinatoru Yusuf Karakaş mayın sonunda Ukrayna limanlarında təxminən 12 gəminin ilişib qaldığını bildirib.

 

Gözəl Həşimova

Son xəbərlər
Putin: Kiyevə beynəlxalq yardım dayandırılmalıdır
Ukrayna və Rusiya arasında 175 əsir dəyişdiriləcək
Ağ Ev Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB 4
Leyla Əliyeva Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir