27 İyul 2023, 20:10
"IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Mədət Quliyev və Yaşar Gülər arasında görüş olub
"IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Mədət Quliyev və Yaşar Gülər arasında görüş olub şəkil
"IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Mədət Quliyev və Yaşar Gülər arasında görüş olub

Müdafiə sənayesi naziri Mədət Quliyev "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Milli müdafiə naziri təyin edilməsi münasibətilə Yaşar Güləri təbrik edən Mədət Quliyev daha sonra Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində olan uğurlu əməkdaşlıq barədə danışıb.

Görüş zamanı qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 25-28 iyul tarixlərində keçirilən "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Son xəbərlər
Bu gün Torpaq çərşənbəsidir
Ağ Ev: Tramp Moskvaya sanksiya təzyiqi tətbiq etməyə hazırdır
Pentaqon Ukraynaya hərbi yardımın bərpa edilməsini təsdiqləyib
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq
ABŞ ordusu Yəməndə husilərə zərbə endirib
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub