28 İyul 2023, 10:45
Qərbi Azərbaycan İcması Fransanın son bəyanatını qınayıb
Qərbi Azərbaycan İcması Fransanın son bəyanatını qınayıb şəkil
Qərbi Azərbaycan İcması Fransanın son bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı bəyanatını qınayıb.

Bu barədə "Operativ Media" ya icmadan məlumat verilib.

Bəyanatda deyilir ki, Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli bəyanatını qınayır və Fransanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır.

Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, İcma ilə dialoqun aparılması və qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir.

Son xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib
Leyla Əliyeva Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib
Avropa Komissiyasının rəhbəri qarşıdakı 5 ilin əsas planını açıqlayıb
Azərbaycan II Liqa: "Şəfa" darmadağınla qalib gəldi
Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir
Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır
Ramazan ayının 19-cu gününün duası - İmsak və iftar vaxtı