28 İyul 2023, 15:59
Ceyhun Bayramov Kolumbiyanın ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayala ilə görüşüb
Ceyhun Bayramov Kolumbiyanın ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayala ilə görüşüb şəkil
Ceyhun Bayramov Kolumbiyanın ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayala ilə görüşüb

28 iyul 2023-cü il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayalanı qəbul edib.

"Operativ Media" xəbər verir ki, Kolumbiya səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov Luis Fernando Kuartas Ayalanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin əhəmiyyəti, siyasi məsləhətləşmələr mexanizminin tətbiq edilməsi, qarşılıqlı səfərlərin faydası və Parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, təhsil və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, etnik təmizləmə siyasəti, post-münaqişə dövründə Azərbaycanın sülh səyləri haqqında ətraflı məlumat verib. Hal-hazırda, bölgədə sülh səylərinə baxmayaraq, Ermənistanın təxribatlarının prosesə maneçilik törətdiyi bildirilib. 

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB
İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb