28 İyul 2023, 16:44
Ceyhun Bayramov Tacikistanın Azərbaycana təyin edilmiş yeni səfirini qəbul edib
Ceyhun  Bayramov Tacikistanın Azərbaycana təyin edilmiş yeni səfirini qəbul edib şəkil
Ceyhun Bayramov Tacikistanın Azərbaycana təyin edilmiş yeni səfirini qəbul edib

28 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzodanı qəbul edib.

Səfir Abdurahmon İlham Barotzoda etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində qarşılıqlı hörmət, dostluq və həmrəyliyə əsaslanan münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv təmasların rolu vurğulanıb. 

Səfir Abdurahmon İlham Barotzoda, səmimi qəbula və təbrikə görə nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələn səyləri əsirgəməyəcəyini diqqətə çatdırıb. 

Görüş zamanı, həmçinin qarşılıqlı maral doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB
İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər