28 İyul 2023, 16:55
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilib
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilib şəkil
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilib

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydası təkmilləşdirilib.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınacaqlar.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılıb və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınıblar.

Son xəbərlər
Bu gün Torpaq çərşənbəsidir
Ağ Ev: Tramp Moskvaya sanksiya təzyiqi tətbiq etməyə hazırdır
Pentaqon Ukraynaya hərbi yardımın bərpa edilməsini təsdiqləyib
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq
ABŞ ordusu Yəməndə husilərə zərbə endirib
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub