http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

XİN: Ermənistan öhdəliklərinə zidd olaraq, Laçın yolu vasitəsilə silahlı qüvvələrinin rotasiyasını həyata keçirib

29 İyul 2023 , 09:21
XİN: Ermənistan öhdəliklərinə zidd olaraq, Laçın yolu vasitəsilə silahlı qüvvələrinin rotasiyasını həyata keçirib

Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmayaraq, bunun əksinə Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, onların Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşməsini davam etdirib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bölgədə son vəziyyətə dair bəyanatında qeyd olunub.

"Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib", - bəyanatda vurğulanır.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev: Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi

Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır

Prezident: Bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq

XƏBƏR LENTİ
  • 13:06

  • 13:03

    Milli Məclisin komitələrinə sədr seçilib - SİYAHI
  • 13:01

    Məhkəmə Almaniyanın Azərbaycandakı rəsmi distrübüteri olan şirkəti cərimələyib
  • 12:59

    "Azadlıq prospekti” metrostansiyasından avtobusla Sumqayıta getmək mümkün olub
  • 12:58

    Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
    Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
  • 12:55

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:46

    VI çağırış Milli Məclis sədrinin müavinləri seçilib

  • 12:39

Menyu