http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

Prezident İlham Əliyev amerikalı yazıçı Tomas Qoltzun vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

29 İyul 2023 , 12:46
Prezident İlham Əliyev amerikalı yazıçı Tomas Qoltzun vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev amerikalı yazıçı Tomas Qoltzun vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib.

"Operativ Media" nın məlumatına görə, başsağlığında deyilir:

"Məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Tomas Qoltz uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazanmış, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə vermişdir.

Tomas Qoltz Azərbaycanın böyük dostu idi. O, Azərbaycana dəfələrlə səfər etmiş, ölkəmizin ən əhəmiyyətli tarixi anlarına şahidlik etmişdir. Azərbaycanda ona hər zaman xüsusi hörmət və rəğbətlə yanaşmışlar. Tomas Qoltz 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra faciə ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıran ilk jurnalistlərdən idi. Onun artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz töhfəsi olmuşdur.

Tomas Qoltzun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə aralarında mövcud olmuş hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tuturam. Onunla görüşlərimi və söhbətlərimi və xüsusilə də bu ilin mayında Şuşadakı görüşümüzü həmişə ən xoş təəssüratlarla xatırlayıram. Tomas Qoltzun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir

İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir

Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 15:15

    "Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı
  • 15:11

    Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir
  • 15:01

    Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin sədri vəzifəsindən azad edilib
  • 14:58

    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
  • 14:57

    Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • 14:56

    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
  • 14:56

    Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıb
  • 14:54

    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
Menyu