Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsində işin tam bərpasına mane olur - Ceyhun Bayramov
Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam şəkildə bərpasına mane olur.
"Operativ Media" nın məlumatına görə, bu, xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir.
"Azərbaycanın Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə danışıqlara dair ardıcıl çağırışlarına baxmayaraq, Ermənistan insidentlərin təkrarlanmayacağına dair təminat verməkdən imtina etməklə yanaşı, həm də Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam bərpasına mane olur. İnsanların, yüklərin və xidmətlərin fasiləsiz transsərhəd keçidini təmin etmək üçün Azərbaycanın Ermənistana sərhəd və gömrük orqanları vasitəsilə əməkdaşlığa dair ardıcıl çağırışları da cavabsız qalıb", - məktubda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net