http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan ərazisində hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək

30 İyul 2023 , 14:28
Azərbaycan ərazisində hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək

Azərbaycan ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək.

“Operativ Media” xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyini Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində yer alıb.

Qeyd edilir ki, Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir: “Bunun əksinə, Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər barədə qarayaxma kampaniyası aparması, bu ölkənin müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir şey deyil.

Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib, onlar barədə beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək”.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik

İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:17

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
  • 19:10

    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
  • 18:54

    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
  • 18:39

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı açıqlanıb
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Menyu