Menyu

Çin hakimiyyəti Şarl Mişelin televiziya ilə yayımını dayandırıb

Çin hakimiyyəti Şarl Mişelin televiziya ilə yayımını dayandırıb
1 dəq oxu

Çin hakimiyyəti Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin “China International Import Expo” sərgisinin iştirakçılarına ünvanladığı video-müraciətinin televiziya ilə yayımını dayandırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

AB liderinin müraciəti sərginin açılış hissəsində yayılmalı imiş. Ş.Mişel video-müraciətdə Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edərək Avropa Birliyinin Moskvanın enerjidaşıyıcılarından asılı olduğunu da vurğulayıb.

O, Çin hökumətini Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.

Ş.Mişelin sözçüsü Barend Leyts “Röyters”ə bildirib ki, onlar Pekin səlahiyyətlilərinin tələbi ilə AB Şurası Prezidentinin əvvəldən lentə alınan müraciətini təqdim ediblər. O, video-müraciəti adi diplomatik kanallar vasitəsilə göndərdiklərinin də söyləyib. Lakin müraciətin televiziyada yayımı dayandırılıb.

Çin rəsmiləri isə yayımın ləğvi ilə bağlı məlumatı şərh etməyiblər.

Əlaqəli Xəbərlər