31 İyul 2023, 17:18
Tarif Şurası 95 dərman vasitəsinin qiymətini təsdiq edib
Tarif Şurası 95 dərman vasitəsinin qiymətini təsdiq edib şəkil
Tarif Şurası 95 dərman vasitəsinin qiymətini təsdiq edib

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

"Operativ Media" Şuraya istinadən xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Son xəbərlər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır
Aİ Rusiya qazının kranını həmişəlik bağlayacaq
"Qarabağ" yeni transferini açıqladı