http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

XİN Ceyhun Bayramov və Akif Çağatay Kılıç arasında baş tutan görüşlə bağlı bəyanat yayıb

01 Avqust 2023 , 00:02
XİN Ceyhun Bayramov və Akif Çağatay Kılıç arasında baş tutan görüşlə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.

Bu barədə "Operativ Media"ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq, habelə regionda cari vəziyyət ətrafında müzakirələr aparılıb.

Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrinin və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

C.Bayramov Vətən müharibəsindən sonra yeni reallıqların yaranması və Azərbaycan tərəfindən sülh gündəliyinin irəli sürülməsi ilə bölgədə regional əməkdaşlıq üçün imkanların yarandığını diqqətə çatdırıb. Bununla yanaşı, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının zəruri olduğu vurğulanıb.

Nazir Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə zidd olaraq davam etdirdiyi hərbi-siyasi təxribatları barədə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın ölkəmizin ərazisindən qanunsuz silahlı birləşmələrini çıxarmasının və təhrikçi addımlardan çəkinməsinin zəruri olduğunu bildirib.

Baş müşavir bu gün Azərbaycan və Türkiyənin iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin fəlsəfəsinə uyğun olaraq uğurla əməkdaşlıq etməsinin hər iki ölkənin, o cümlədən regionun inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu