Menyu

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfər edib

Nərmin Qocamanlı
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfər edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfər edib.

"Operativ Media"  “Mehr” agentliyinə istinadən xəbər verir ki, səfər İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxaninin rəsmi dəvəti ilə baş tutub.

Patruşevin iranlı həmkarı ilə görüşdən əlavə digər yüksək səviyyəli rəsmilərlə də görüşü gözlənilir.

İkitərəfli münasibətlər, beynəlxalq arenada əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Rusiya Təhlükəsizlik Şurasının katibini iqtisadi heyət müşayət edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər