DTX qanunsuz “Qarabağ Telekom” mobil-rabitə provayderinin hərbi məqsədlər üçün istifadəsinin qarşısı alınıb

Nərmin Qocamanlı
DTX qanunsuz “Qarabağ Telekom” mobil-rabitə provayderinin hərbi məqsədlər üçün istifadəsinin qarşısı alınıb

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Vətən müharibəsi zamanı erməni separatçılarının Xankəndidəki rabitə provayderinin necə uğurla sıradan çıxarıldığı məlum olub.

"Operativ Media" Xəzər TV-yə istinadən xəbər verir ki, yüksək texniki imkanlardan istifadə edilərək, erməni separatçılarının mərkəzi Xankəndi şəhərində yerləşən qanunsuz “Qarabağ Telekom” mobil-rabitə provayderinin hərbi məqsədlər üçün istifadəsinin qarşısı alınıb.

Həmin məlumatlar "Xəzər Media Mərkəzi" tərəfindən çəkilən "Qartal Zirvədə" adlı sənədli filmdə açıqlanıb.

Filmdə DTX mənsubu deyib: “Bütün Qarabağ ərazisinə bu provayder telefon xətti, internet verirdi. Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən banklar, "Artsax Bank", böyük şirkətlər- hamısı interneti, telefon xəttini buradan alırdı. Hətta onlar mobil telefon danışıqlarında da provayder kimi “Qarabağ Telekom”dan istifadə edirdilər. Müharibə dövründə biz bu “Qarabağ Telekom”a kiber hücumlar həyata keçirdik. Kiber hücumlar nəticəsində bu ərazidə fəaliyyət göstərən bütün internet şəbəkəsi çökdü. İnternet şəbəkəsinin çökməsi nəticəsində heç bir telefon danışığı, hər hansı bir məlumat ötürmə prosesi olmadı, eləcə də banklarda heç bir tranzaksiya həyata keçmədi”.

Digər xəbərlər