http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Baş Prokurorluq Ermənistanla bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və AŞ-a müraciət edib

01 Avqust 2023 , 15:06
Baş Prokurorluq Ermənistanla bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və AŞ-a müraciət edib

Baş Prokurorluq Ermənistanın ekoloji cinayətləri barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət edib.

"Operativ Media" xəbər verir ki, Araz və Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma davam etdirilir.

Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatı tərəfindən transsərhəd Oxçuçayın intensiv şəkildə çirkləndirilməsi, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan tikilməsi, bu zaman ətraf mühitin mühafizəsi normalarının pozulması əlavə tədbirlərin görülməsini zəruri edib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət ünvanlanıb.

Müraciətdə BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının, eləcə də, ətraf mühitin mühafizəsinin tələblərinə dönmədən riayət edilməsi, dağ-mədən obyektlərinin işinin düzgün təşkili normalarına əməl olunması və ətraf mühitə dəymiş ziyanın müəyyənləşdirilməsində ölkəmizin səlahiyyətli qurumları ilə əməkdaşlığın vacibliyi vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
Borrell BMT Baş Assambleyası çərçivəsində İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib

Borrell BMT Baş Assambleyası çərçivəsində İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib

Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır

Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

XƏBƏR LENTİ
  • 13:06

    Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Bakıya gəlib
  • 13:01

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:55

    Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib
  • 12:51

    Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
  • 12:40

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkəti cərimələyib
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
  • 12:11

    "Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb
Menyu