http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Nazir müavini Quranın yandırılması hallarını pisləyib

01 Avqust 2023 , 17:51
Nazir müavini Quranın yandırılması hallarını pisləyib

Dünən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənkənar iclası keçirilib.

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, bir sıra ölkələrdə Quran-i Kərimin təhqir olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

Nazir müavini Fariz Rzayev tədbirdə çıxış edərək, xarici ölkələrində müqəddəs Quranın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumları tərəfindən İslamofobiya ilə mübarizə aparmağa çağırış edib.

Bundan əlavə, F.Rzayev çıxışında Azərbaycanın müstəqilliyinin ilk günlərindən İslamofobiyanın qurbanına çevrildiyini və ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğalı zamanı erməni qüvvələrinin çoxlu sayda məscidləri, mədrəsələri və islam irsimizin simvollarını dağıtdığı faktlarını diqqətə çatdırıb. Buna baxmayaraq, Azərbaycanın nifrət və zorakılıq əvəzinə mültikulturalizm və tolerantlıq dəyərlərini təşviq etdiyi, bununla bağlı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası platforma kimi bır sıra yüksək səviyyəli tədbirlərə mütəmadi əsasda ev sahibliyi etdiyi qeyd olunub.

Növbədənkənar iclasın sonunda məsələyə dair müvafiq qətnamə qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu