http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Milli Məclisin sədri beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb

01 Avqust 2023 , 19:16
Milli Məclisin sədri beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb

Avqustun 1-də Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən xəbərə görə, məktubda bildirilir ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş və ərazi bütövlüyünü bərpa edib. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürmüşdür. Bununla yanaşı, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılıb.

Məktubda təəssüflə qeyd edilir ki, ötən dövr ərzində Ermənistan Laçın yolundan istifadə etməklə Azərbaycana qarşı hərbi təxribatlarını və onun daxili işlərinə müdaxilələri davam etdirib, eyni zamanda, Qarabağ erməniləri ilə dialoqun irəliləməsinə maneçilik törədib. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək Laçın sərhəd-buraxılış məntəqəsini qurub. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunub. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açılması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan icazəsiz istifadə etməyə cəhdlər göstərilməsi bu ölkənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə real münasibətini, sülh prosesinə nə dərəcədə sadiq olduğunu bariz şəkildə nümayiş etdirib.

Məktubda diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ bölgəsində “gərgin humanitar vəziyyət”in yaranması, bölgədə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə Ermənistan tərəfindən son dövrdə irəli sürülən iddialar beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiyadır.

Vurğulanır ki, Azərbaycan Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etmiş və bu təklif beynəlxalq səviyyədə də dəstək alıb. Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir. Məqsəd sülh prosesini pozmaq və Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya etməsinin qarşısını almaqdır.

Bildirilir ki, Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirib və bu istiqamətdə səylərini davam etdirəcək. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərinin hüquqları ölkə Konstitusiyası və qanunları əsasında təmin olunacaq.

Məktubun sonunda qeyd olunur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu