http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İlham Əliyev: "Onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil"

02 Avqust 2023 , 10:40
İlham Əliyev: "Onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil"

Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır.

"Operativ Media" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.

Qəbulolunan seçimin sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslandığını bildirən dövlətimizin başçısı qeyd edib: “Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar”.

Prezident İlham Əliyev deyib ki, əvvəllər hər iki tərəfin təhlükəsizliyini təmin edən Rusiya sülhməramlıları getdikdən sonra onlar (işçilərlə erməni icması – red.) asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:27

    Bakıda "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfrans və sərgi keçirilib
  • 17:23

    AQTA 23 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb
  • 17:08

    "Göytəpə Avtotəmir" Açıq Səhmdar Cəmiyyətinə cərimə yazılıb
  • 17:03

    Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib
  • 17:01

    COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib
  • 16:55

    Bakı-Ələt-Qazax-Gürcüstan yolunda nəqliyyatın hərəkəti 2 ay məhdudlaşdırılacaq
  • 16:51

    Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb
  • 16:49

    Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında görüş olub
Menyu