Menyu

İran XİN başçısı Pakistana gedib

Nərmin Qocamanlı
İran XİN başçısı Pakistana gedib

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Pakistana səfər edib.

"Operativ Media" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Pakistan hökumətinin yüksək rütbəli rəsmi şəxsləri ilə müzakirələr və fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Müzakirələr zamanı ölkələrarası əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, sərhədyanı ərazilərdə qarşılıqlı əməkdaşlıq, ticari - ticarət əlaqələrinin inkişafı, regional problemlər və beynəlxalq məsələlər nəzərdən keçiriləcək.

Teqlər:

"İran XİN başçısı Pakistana gedib"

Əlaqəli Xəbərlər