http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

BQXK-nın ədalətsiz fəaliyyəti nəyə gətirib çıxara bilər?

02 Avqust 2023 , 17:15
BQXK-nın ədalətsiz fəaliyyəti nəyə gətirib çıxara bilər?

“Beynəlxalq Qırmızı Xaç Komitəsi ədalətsiz fəaliyyətini davam etdirsə, bizim süveren haqqımızdır ki, ondan imtina edək”.
 

Bunu “Operativ Media”ya açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Xəyal Bəşirovun sözlərinə görə, BQXK-nın Azərbaycan ərazisində fəaliyyət göstərərkən zaman-zaman qeyri ədalətli yanaşmasını dəfələrlə görmüşük. Təəssüf ki, bu yanaşma bu gün də davam edir.

“Birinci Qarabağ müharibəsində bizim 4 minə yaxın vətəndaşımız itkin düşüb. Onların bəziləri ilə komitənin əməkdaşları görüş də keçiriblər. Amma, o görüşdən sonra onların müqəddaratı nə oldu  bilinmir. Onların gözü qarşısında sağ olan insanlar sonradan öldürüldü, işgəncə görüldü. Bu ədalətsizliklə bağlı BQXK heçbir addım atmadı. Bu qədər faktlardan sonra Azərbaycan ərazilərində fəaliyyət göstərən BQXK-nın İrəvandakı ofisə tabe olması anlaşılan deyil”.

Siyasi şərhçinin sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi faktiki olaraq fəaliyyətsizliyi və ədalətsiz yanaşmasına görə digər dünya ölkələrində də nüfuzunu itirir. Çünki real olaraq atılan addımlar komitənin özünün fəaliyyətsizliyindən xəbər verir.

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistanın əlində alət olması qurumun öz nüfuzuna xələl gətirməsindən xəbər verir. Bir qurum əgər öz nüfuzunu qorumaq istəyirsə, bu kimi fəaliyyətlə məşğul olmamalıdır. Biz onların dəfələrlə əməllərini ifşa etdik. Azərbaycan ərazilərinə qanunsuz avadanlıqların keçirilməsində vasitəçi olmasını aşkar etdik. BQXK qanunsuz fəaliyyət göstərən təşkilatlara oxşuyur. 150 illik tarixi olan komitənin fəaliyyəti belə olmalı deyil. Dünya dövlətlərinin Azərbaycan ərazisi kimi tanıdığı Xankəndində olan ofisləri ilə bağlı gec də olsa, düzəliş etməlidirlər. Onun tabeçiliyi Bakıya yönləndirilməlidir. Əks halda onların fəaliyyəti şübhə altına alınacaq. Xalqımızda, dövlətimizdə onlara qarşı inamsızlıq daha da artacaq. Gələcəkdə bu fəaliyyətlərini davam etdirərlərsə, ermənipərəst təşkilatlardan imtina etdiyimiz kimi BQXK-dan da imtina edə bilərik".

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

Azərbaycan Ombudsmanı və UNICEF arasında gələcək əməkdaşlıq müzakirə edilib

Azərbaycan Ombudsmanı və UNICEF arasında gələcək əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 19:25

    Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb
  • 19:22

    İsrail ordusu Hizbullah hədəflərinə qarşı yeni irimiqyaslı zərbələr dalğası elan edib
  • 19:17

    İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • 19:14

    Ərdoğan: Azərbaycanla Ermənistan arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edirik
  • 19:10

    Ərdoğan: Qəzzada dərhal atəşkəs olmalıdır
  • 19:10

    Azərbaycan 2-ci Liqasında 4-cü tura yekun vurulub
  • 19:00

    Ərdoğan: BMT getdikcə hərəkətsiz bir quruma çevrilir
  • 18:51

    Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
    Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Menyu