09 Noyabr 2022, 18:08
Fuad Muradov Estoniyada rəsmi görüşlər keçirib
Fuad Muradov Estoniyada rəsmi görüşlər keçirib şəkil
Fuad Muradov Estoniyada rəsmi görüşlər keçirib

Estoniyaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin dövlət idarəçiliyi naziri Riina Solman və Mədəniyyət Nazirliyinin Xarici əlaqələr departamentinin rəhbəri, icmalar üzrə məsul nümayəndəsi Anne Ly Reima ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşlər zamanı iki ölkə arasında tarixi münasibətlərdən, Azərbaycan icmasının Estoniyada aktiv fəaliyyət göstərməsindən, eston cəmiyyətinə sürətlə inteqrasiya edən soydaşlarımızın ölkənin ictimai-siyasi və humanitar həyatında yaxından iştirak etməsindən bəhs edilib.

Azərbaycan dovlətinin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, xalqımızın multikultural və tolerantlıq dəyərlərinə malik olduğu, müxtəlif azsaylı xalqların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığı, Birinci və İkinci Qarabağ savaşları dövründə bütün xalqların Azərbaycanın ərazi bütövlüyü uğrunda ayağa qalxdığı, hazırda Azərbaycan dövlətinin Qarabağda yenidənqurma və bərpa işləri apardığı nəzərə çatdırılıb.

Dövlət Komitəsinin sədri Estoniyanın hər zaman Azərbaycan dövlətinin yanında olmasına, bu ölkədə Azərbaycan icmasına göstərilən dəstəyə görə nazir Riina Solman və departament rəhbəri Anne Ly Reimaya təşəkkürünü bildirib.

Estoniya rəsmiləri vurğulayıblar ki, Azərbaycan icması Estoniyada digər icmalara nümunədir. Soydaşlarımızın hər zaman Estoniyanın maraqlarına xidmət edən fəaliyyət nümayiş etdirməsi məmnunluqla vurğulanıb.

Ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi və Azərbaycan diasporu ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi