09 Noyabr 2022, 20:45
Vladimir Putin və Nikol Paşinyan arasında telefon danışığı baş tutub
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı Putin və Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə hazırlığı müzakirə ediblər.
Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 23-də İrəvanda keçiriləcək.