Menyu

Xlor mikrobları öldürür, ya insanları?

Nərmin Qocamanlı
Xlor mikrobları öldürür, ya insanları?

Xlor zərərsizləşdirici vasitə kimi bu gün çox geniş istifadə olunur. Xüsusilə onun başqa növ törəməsi olan xloramin və s şəklində istifadə edilir. Müxtəlif sanuzellərdə, sanitar nöqtələrdə, məişətdə geniş şəkildə istifadə olunur. Hətta suyun zərərsizləşdirilməsində də xloran istifadə olunur.

Mövzu İlə bağlı "Operativ Media"ya açıqlama verən Professor Adil Qeybulla bildirib ki, Sovet dönəmində suyu zərərsizləşdirmək üçün Poliakrilamid deyilən maddədən istifadə edilirdi. Bununla su bioloji süzgəclərdən keçirilirdi, amma, hal hazırda xlorla zərərsizləşdirməyə daha çox üstünlük verilir:

"Məişətdə istifadə olunan turşu əsasında müxtəlif aşındırıcı maddələrin bəzilərinin orqanizmə konsorogen (xərçəng törədici), teratogen, embriogen, kardiyotoksit və s təsirləri var. Bu maddələr istifadə edilərkən dərinin təması, nəfəs yolarının təması məqsədə uyğun deyil. Uçucu maddələrdə xüsusilə maskalardan respiatorlardan istifadə olunmalıdır. Çünki onlar nəfəs yollarını zədələyirlər dərhal qana düşə bilərlər".

O qeyd edib ki, məişətdə müxtəlif cür təmizləyici vasitə kimi istifadə edilən bu tip xlor əsaslı vasitələrdə əl təması məsləhət deyil. xüsusi əlcəklərdən istifadə etmək məqsədəuyğundur. 

Adil Qeybulla onu da bildirib ki, məişətdə, gündəlik həyatda istifadə etdiyimiz hər şeyə diqqət etmək lazımdır.

Teqlər:

"Xlor mikrobları öldürür ya insanları?"

Əlaqəli Xəbərlər