http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

XİN: "BMT xüsusi məruzəçilərinin ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir"

07 Avqust 2023 , 22:56
XİN: "BMT xüsusi məruzəçilərinin ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir"

“30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur”.

“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin (XİN) BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti tərəfindən “Laçın yolu” ətrafında vəziyyətlə bağlı yayılmış bəyanata dair şərhində bildirilib.

Vurğulanıb ki, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir:

“Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb”, - bəyanatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
  • 06:19

    Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
  • 06:11

    Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
  • 06:01

    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
  • 05:46

    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
Menyu