COVID-19-un yeni variantı Eris narahatlığa səbəb olub
Britaniyanın səhiyyə orqanları COVID-19 virusunun yeni variantının sürətlə yayılmasından sonra yenidən xəbərdarlığa başlayıblar.
"Operativ Media" xəbər verir ki, xüsusilə Böyük Britaniyada panikaya səbəb olan yeni koronavirus variantı ölkədə hər 7 COVID yoluxmasından birini təşkil edir.
Elmi adı "EG.5.1" adlandırılan bu subvariant ilk dəfə iyulun 31-də aşkar edilib. Bununla belə, əsasən may ayının sonlarına doğru yayılmağa başladığı düşünülür.
Eris adlanan alt variantın Sars-Cov-2-nin Omicron variantından törədiyi güman edilir. Mütəxəssislər bu qənaətdədirlər ki, hələlik təşvişə düşəcək bir vəziyyət yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında ölkələrə yeni hallara qarşı ayıq olmaları və COVID simptomları göstərən xəstələri yaxından izləmələri tövsiyə edilib.
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkədə koronavirusa yoluxanların sayının artdığını açıqlayıb.
Teqlər:
"COVID-19-un yeni variantı Eris narahatlığa səbəb olub"