http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupunun ilk iclası keçirilib

08 Avqust 2023 , 16:31
Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupunun ilk iclası keçirilib

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupu”nun ilk iclası Daşkənddə keçirilib.

Energetika Nazirliyindən "Operativ Media"ya bildirilib ki, iclasda çıxış edən İşçi qrupunun həmsədri, nazir müavini Samir Vəliyev iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd edib. Bildirilib ki, qarşılıqlı əməkdaşlığımız neft-qaz, neft və neft-kimya məhsullarının ticarəti, enerji sektorunda təcrübə və məlumat mübadiləsi kimi sahələri əhatə edir və ölkələrimiz arasında energetika sahəsində imzalanmış sənədlər bu istiqamətdə əlaqələrin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin hər iki ölkədə bərpa olunan enerji sahəsində böyük layihələrin həyata keçirildiyi, sahə üzrə fəaliyyət göstərən dövlət qurumları arasında əməkdaşlıq qeyd edilib.

İşçi qrupun Özbəkistan tərəfdən həmsədri, nazir müavini Akmal Cumanazarov isə Azərbaycan-Özbəkistan arasında energetika sahəsində əlaqələrin inkişafından, bu istiqamətdə müxtəlif dövlət qurumlarının sıx fəaliyyətindən bəhs edib, əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Özbəkistanda energetika, o cümlədən bərpaolunan enerji sahəsində həyata keçirilən tədbirlər, liberal enerji bazarına mərhələli keçidlə bağlı görülən işlər haqqında məlumat verib.

İclasda Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər, energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsinin icrası üzrə görülən nəticəyönümlü tədbirlər nəzərdən keçirilib, enerji keçidi, dekarbonizasiya, neft və neft-kimya məhsullarının nəqli, neft emalı, ölkəmizin işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı, geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq, eləcə də özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji tənzimlənməsi, bu sahələr üzrə təcrübə mübadiləsinin aparılması və birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, həmçinin enerji qurumları arasında əməkdaşlıq məsələləri, iki ölkənin energetika nazirlikləri və “Узбекнефтегаз” ilə SOCAR arasında imzalanması nəzərdə tutulan saziş layihələri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

İşçi qrupunun iclasında Azərbaycan tərəfdən Energetika Nazirliyi, SOCAR, “Azərenerji” ASC, Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirliyin tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib.

 

OXŞAR XƏBƏRLƏR
AK-nın şöbə direktoru Cənubi Qafqaza gəlir

AK-nın şöbə direktoru Cənubi Qafqaza gəlir

Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

Avropa Parlamentinin komitə üzvü qurumun Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib

Avropa Parlamentinin komitə üzvü qurumun Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib

XƏBƏR LENTİ
  • 19:26

    AK-nın şöbə direktoru Cənubi Qafqaza gəlir
  • 19:13

    Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib
  • 19:00

    Avropa Parlamentinin komitə üzvü qurumun Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib
  • 18:21

    Azərbaycan millisinin Albaniya ilə matçının vaxtı açıqlandı
  • 18:04

    Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
  • 17:54

    Dövlət katibi: Birləşmiş Ştatlar Rusiyanın BMT Nizamnaməsi əsasında Ukrayna üzrə danışıqlara razı olacağına ümid edir
  • 17:52

    Blinken: NATO-nun heç vaxt Rusiyaya qarşı planları olmayıb
  • 17:49

    Xəzər dənizinin adalarından niyə turizm məqsədilə istifadə edə bilmirik?
Menyu