İranın kəşfiyyat naziri: "Səbrimiz tükənir"
Operativ Media
İranın kəşfiyyat naziri İsmayıl Xətib ölkədə ölümlə nəticələnən etirazların ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən media tərəfindən təhrik edildiyini iddia edib.
"Operativ Media" İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən bildirir ki, İranın Kəşfiyyat naziri Xətib ölkədəki ölümlə nəticələnən etirazlarda xarici gücləri günahlandırıb.
Xətib əlavə edib ki, bölgədəki qeyri-sabitliyin mənbəyi qeyri-regional aktorlardır.
“İran düşmənçiliklərin davam edəcəyi təqdirdə strateji səbrinin davamı üçün heç bir zəmanət vermir. İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələr sabitliyi görməyəcək”, - deyə Xətib bildirib.