http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ramiz Ələkbərova BMT-də yüksək vəzifə verilib

08 Avqust 2023 , 21:03
Ramiz Ələkbərova BMT-də yüksək vəzifə verilib

BMT-nin baş katibi Antoniu Quterreş qurumun azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstanda Yardım Missiyasında (UNAMA) Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda, BMT-nin rezident və humanitar əlaqələndiricisi Ramiz Ələkbərovu yeni vəzifəyə təyin edib.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.

O bildirib ki, R.Ələkbərov beynəlxalq təşkilatın Efiopiyadakı rezident əlaqələndiricisi vəzifəsinə təyin olunub. F.Haq əlavə edib ki, BMT baş katibi R.Ələkbərova bölgədə təşkilatın humanitar məsələlər üzrə əlaqələndiricisi vəzifəsini də həvalə edib.

Qeyd edək ki, R.Ələkbərov ötən üç il ərzində BMT-nin Əfqanıstandakı fəaliyyəti müddətində uğurlu işi, defakto hakimiyyətlə əfqan qadınların və qızların hüquqlarının bərpası üçün mübarizəsi və bölgədə baş verənlərlə bağlı mütəmadi olaraq jurnalistləri məlumatlandırması ilə yadda qalıb. O, daha öncələr BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb. R.Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər UNFPA-da İdarəetmə üzrə İcraçı direktorun müavini və Baş katibin köməkçisi vəzifələrində çalışıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİB

Hakan Fidan Malayziyanın Baş naziri ilə görüşüb

Hakan Fidan Malayziyanın Baş naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 14:34

    Türkiyədə "Threads" tətbiqi bağlanıb
  • 14:29

    Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişafı müzakirə olunub
  • 14:24

    DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdirib
  • 14:22

    DSMF Böyük Britaniyada keçirilən müsabiqədə 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
  • 14:22

    Azərbaycanlı MMA döyüşçüsü yenidən həbs edildi
  • 14:16

    Bakı və Abşeronda metro və avtobuslarda QR kodla ödəniş tətbiq olunub
  • 14:04

    Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb
  • 13:59

    Apartment tipli binalardakı mənzillərə "kupça" niyə verilmir?
Menyu