Ərdoğan: Putinlə bir-birimizə qarşı inam olmasaydı "taxıl sazişi" bərpa olunmazdı

Nərmin Qocamanlı
Ərdoğan: Putinlə bir-birimizə qarşı inam olmasaydı "taxıl sazişi" bərpa olunmazdı

"Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" də bərpa olunmazdı".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyə və Rusiya prezidentlərinin bir-birinə qarşılıqlı hörmət etdiyini bildirib: "Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdirik".

Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: "Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm".

Digər xəbərlər