Ayxan Hacızadə Litva XİN-ə cavab verib
Ayxan Hacızadə Litvanın xarici işlər nazirinin tviter paylaşımına cavab verib.
"Operativ Media" xəbər verir ki, cavabda deyilir:
"Erməni propaqandasına uymaq lazım deyil. Laçın yolunda Ermənistan üç ildir təxribatlar törədir, bununla bağlı Litva XİN-nin reaksiyasını görməmişik.
Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycan Laçın sərhəd-keçid məntəqəsi yaradıb və yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib.
Azərbaycan hər iki istiqamətdə erməni sakinlərinin keçidinə şərait yaradır.
Ermənistanı sülh prosesini pozmaqdansa, daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha məqsədəuyğun olardı".
Azerbaijan facilitates the transfer of Armenian residents in both directions.
— Aykhan Hajizada (@Aykhanh) August 9, 2023
It would be more appropriate to urge Armenia to demonstrate more constructive approach, rather than undermine the peace process.
3/3